Saytın istifadə şərtləri

Diqqət! https://rdcosmetics.az Veb-saytından istifadə etmədən öncə, “Saytdan İstifadə Qaydaları” ilə ətraflı tanış olmağınız xahiş olunur. Şərtlərlə razı olmadığınız halda Veb-saytı könüllü şəkildə tərk edə bilərsiniz. Əks halda Veb-saytdakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət Qaydalardakı şərtlərlə bütünlüklə razı olduğunuz mənasına gələcək.

RD Cosmetics adı altında fəaliyyət göstərən (https://rdcosmetics.az/) Veb-sayt və RD Cosmetics mağazası Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərir.

İSTİFADƏ ŞƏRTLƏRİ

Ümumi müddəalar.
Şirkət Veb-saytda yerləşdirilmiş məhsulların təsvirinin və göstərilən qiymətlərin dəyişə biləcəyini bildirir. Veb-saytda olan məhsul haqqında hər hansı bir məlumat, məhsulun istehsalçısı tərəfindən verilmiş texniki və digər məlumatlar əsasında yerləşdirilir. Şirkət istifadəçilərə öncədən xəbərdarlıq etmədən, istənilən vaxt saytda yerləşdirilmiş məlumatlara dəyişiklik etmək hüququna malikdir.

İstifadəçi sifarişi rəsmiləşdirərkən qeyd edilən məlumatların düzgünlüyünə cavabdehlik daşıyır. Eyni zamanda, istifadəçi avtomatik olaraq şirkətə sifarişin işlənməsi nəticəsində məlum olmuş və ya məlum ola biləcək şəxsi məlumatlarını işləmək üçün razılıq verir. Məlumatların işlənilməsi, verilənlər bazasında saxlamaq üçün fərdi məlumatların toplanması, qeydiyyatı, yığılması, saxlanması, dəyişdirilməsi, yenilənməsi, istifadəsi və paylanması, fərdi məlumatların silinməsi və bunlarla məhdudlaşmadan digər əməliyyatların aparılmasını özündə cəmləşdirir.

Həmçinin şirkət, istifadəçini reklam və marketinq xarakterli tədbirlərdə iştiraka dəvət etmək, istifadəçinin müraciəti, saytda etdiyi axtarışlar nəticəsində şirkətə məlum olan və ya təqdim edilən məlumatlar əsasında istifadəçini kampaniyalar, təkliflər, reklam materialları, şirkətin fəaliyyəti ilə bağlı məlumatlandırmaq (sms və s. üsullarla) hüququ əldə etmiş olur. İstifadəçi marketinq xarakterli mesajlardan və digər bu tipli göndərişlərdən çıxarılmaq hüququna malikdir.

İstifadəçi 18 yaşdan kiçikdirsə, valideynlərindən və ya qanuni qəyyumlarından biri Veb-saytdan və ya hər hansı xidmətlərimizdən istifadə etmək üçün qeydiyyatdan keçməzdən əvvəl aydınlaşdırma mətnini və çərəz bildirişini oxumalıdır. Bununla siz, həmçinin Veb-saytda olan məhsulları almaq üçün valideynlərinizdən və ya qanuni qəyyumlarınızdan lazımi icazə aldığınızı təsdiq edirsiniz.

Saytda qeydiyyat.
İstifadəçinin saytda qeydiyyatdan keçməsi və avtorizasiya edilməsi faktından asılı olmayaraq saytdan istifadə, o cümlədən saytda yerləşdirilmiş məlumatlara baxmaq, istifadəçinin istifadə qaydalarına riayət etməsini, həmçinin saytın istifadəsi ilə əlaqədar öz hərəkətlərinə görə məsuliyyət daşımağı öhdəsinə götürdüyünü bildirir.

Müəyyən xidmətlərdən və funksiyalardan istifadə etmək üçün sizdən qeydiyyatdan keçmək və ya abunə olmaq tələb oluna bilər. Siz qeyd olunan xidmətlərdən və ya funksiyalardan istifadə etmək üçün qeydiyyatdan keçməyi və ya abunə olmağı seçdiyiniz halda, haqqınızda tam dolğun və dəqiq məlumat verməyə razılaşırsınız.

Veb-saytın istifadəçisi olaraq, hesab şifrələrinizi və hesabla əlaqəli digər identifikasiya məlumatlarını heç kimlə paylaşmadan təhlükəsiz saxlamaq üçün yalnız siz məsuliyyət daşıyırsınız. Veb-sayt istifadəçisi olaraq, müvafiq şifrə və ya hesab altında həyata keçirilən bütün fəaliyyətlərə görə tam məsuliyyət daşıyırsınız.

İstifadəçinin şəxsi hesabından qeydiyyat məlumatlarını istifadə edərək, eləcə də şəxsi kabinetdə göstərilən istifadəçinin telefon nömrəsini istifadə edərək edilən hər hansı bir hərəkət, istifadəçinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən törədilmiş bir hərəkət sayılır və istifadəçi üçün öhdəlik və məsuliyyətləri müəyyənləşdirir.

İstifadəçi qeydiyyat məlumatlarının təhlükəsizliyini izləməli və üçüncü şəxslərə açıqlamamalıdır. İstifadəçi, bu məlumatların açıqlandığından və üçüncü şəxslər tərəfindən icazəsiz istifadə edilə biləcəyindən şübhələnərsə, şəxsi qeydiyyat məlumatlarını dərhal dəyişdirmək məcburiyyətindədir. Bu qaydalara əməl olunmadığı halda yarana biləcək hər hansı itki və ya zərər üçün RD Cosmetics heç bir şəkildə məsuliyyət daşımır.

İstifadəçinin şəxsi məlumatların işlənməsinə razılıq verməkdən imtina etmək hüququ vardır, bununla belə şirkətin bu məlumatları vergi və digər qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində saxlayacağını nəzərə alır.

RD Cosmetics istifadəçinin saytdakı hesabını bərpa etmək imkanı olmadan bloklamaq və ya silmək hüququna malikdir. Tərəfimizdən yazılı şəkildə açıq şəkildə icazə verilən hallar istisna olmaqla, Veb-saytdan kommersiya məqsədləri üçün və ya başqa üçüncü tərəf adından istifadə qadağandır.

Çərəzlər.
Şirkət, istifadəçilərin Veb-saytdan ən yaxşı təcrübə və məlumatları əldə etmələri və məlumatların mümkün qədər tam olmasını təmin etmək üçün çərəzlər istifadə edir. İstifadəçi Veb-saytdan istifadə etməyə davam edərsə, bu, onun çərəzlər razılığını və istifadəçiyə ən uyğun təkliflər və kampaniyalar barədə son məlumatları göndərmək imkanı deməkdir.

İstifadəçi istənilən vaxt saytdan istifadə etdiyi cihazın fərdi parametrləri ilə abunəlikdən çıxa və ya cookies istifadəsini qadağan edə bilər.

Veb-sayt və sayt tərəfindən aparılan bəzi xidmətlər profilaktik, gündəlik və digər texniki işlərə görə müvəqqəti olaraq qismən və ya tamamilə əlçatmaz ola bilər. Şirkətin texniki xidməti, istifadəçiyə xəbərdarlıq etmədən lazımi profilaktik, gündəlik və digər texniki işləri aparmaq hüququna malikdir.

İstifadəçi “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsi bəndinə uyğun olaraq reklam xarakterli mesajlar almağa razılıq verir. İstifadəçinin reklam mesajları almaqdan imtina etmək hüququ vardır.

Ana səhifə
Hesab
0
Bəyəndiklərim
0
Səbət
  • Ünvan: 28 May küçəsi 69E, Bakı
  • E-mail: info@rdcosmetics.az
  • Telefon: +994772230603