Şəxsi hesaba giriş
Yerli bazarda 2023 – cü ilin IV rübündən etibarən fəaliyyət göstərən RD COSMETICS təbii və müalicəvi effektiv saç və dəriyə qulluq vasitələrini müştərilər üçün əlçatan edən brenddir.
Xarici bazarda fəaliyyətRD Cosmetics olaraq xarici bazarda yüksək keyfiyyətli effektiv və müalicəvi dəriyə qulluq vasitələri ilə tanınmış brendlər ilə əməkdaşlıq edir, onları müştərilərimizin istifadəsi üçün yerli bazara gətiririk.
PartnyorlarHazırda Türkiyənin məşhur Orzax şirkətinin Zaroza brendi və Koreyanın Trimay və Roda Roji şirkətləri ilə əməkdaşlıq edirik.
MəqsədBaşlıca məqsədimiz müştərilərimizin sağlamlığını düşünərək yüksək keyfiyyətli təbii müalicəvi məhsulları onlar üçün əlçatan etməkdir. Bu məqsədlə də müxtəlif ölkələrdə təşkil edilən sərgilərdə iştirak edərək bu sahədə ixtisaslaşmış brendlərlə əməkdaşlıq əlaqələri qurmağı hədəfləyirik.
MəhsullarTəbii inqridientlərdən hazırlanan spikullardan (iynələr) ibarət iynəli kremlər və serumlar, saç tökülməsi əleyhinə və həssas saçlar üçün müalicəvi şampunlar, saça qulluq setləri, üz təmizləmə və yuma köpük, toner və gelləri, üz ağardıcı krem, sızanaq, gözətrafı yaşlanma, qaralma və şişkinliyə qarşı serumlar, yaşlanma əleyhinə, anti-sellülit krem, bədən üçün skrablar, nəmləndirici, günəş kremi kimi dərinizi qidalandıran və canlandıran məhsullarımız Türkiyə və Koreyanın bütün beynəlxalq keyfiyyət standartlarına (GMP və ISO) uyğun şəkildə istehsal olunur.
Missiyamız / MəqsədimizÖzünüzə inamı artıraraq gözəlliyinizlə ön plana çıxmağınıza kömək etməkdir.